Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Basketbol
Pol Entoni Pirs

     Pol Entoni Pirs 1977-ci ilin 13 oktyabrında anadan olub.Adil ləqəbilə tanınan basketbolçu Boston Seltiks tərəfindən 1998-ci ildə draftda 10-uncu nömrə ilə seçilmişdi.20 000 min xal toplamaqla adını Larri Bördlə Con Xevliseklə bir sıraya qoyan Pirs Kaliforniyada İnqlvud orta məktəbini bitirib.Təhsil aldığı müddətdə basketbolla məşğul olan Pol 1995-ci ildə Makdonaldsın təşkil etdiyi ənənəvi basketbol bayramında iştirak edib.Həmin festivalda Pirslə yanaşı həmçinin gələcək ulduzlar Kevin Qarnett,Stefan Marberi,Vins Karter və Anton Ceymison da var idi.Burada o Slam Dank yarışında qüvvəsini sınayır .Lakin Vins Karterə məğlub olur.

     Kollecdə oxuyarkən basketboldan ayrılmayan Pol Kanzas universitetində orta hesabla 16,4 xalla oynayırdı. 2 il ərzində Konfransın demək olar ki, bütün şəxsi titullarına sahib çıxan Pirs Boston Seltiksin skautlarının gözündən yayınmır.

     İlk debüt ilində özünü yaxşı tərəfdən göstərərək Seltiksin əvvəlki əzəmətini geri qaytarmağa çalışır.2002-ci ildə o Antuan Uokerlə birlikdə Bostonun son 7 il ərzində ən yaxşı nəticə göstərməsinə öz töhfəsini verir.

     Denni Eyncin Bostona gəlişindən sonra Pirsin komandadan gedəcəyi gözlənilirdi.Lakin.Eync bütün bu şayiələrə son qoyaraq Pirslə yeni 59 milyonluq 3 ilə nəzərdə tutulmuş müqavilə imzaladı.

     2005-2006-cı illəri Pol Pirs üçün uğurlu il saymaq olar.Həmin mövsüm Pirs orta hesabla 30 xallıq bir göstərici ilə oynayırdı.Növbəti ildə də uğurlu oyununu davam etdirən Pirs zədələnməsinə baxmayaraq orta məhsuldarlığının enməsinə imkan vermədi.Artıq tək Pirslə qələbə qazanmağın çətin olacağını görən rəhbərlik yeni oyunçuların gəlməsinin labüdlüyünü görür.Komandanın heyəti gücləndikdən sonra nəhayət ki, Pirsin arzusu həyata keçir.Boston Seltiks Milli Basketbol Assosasiyasının qalibi olur.Qeyd edək ki,Pirs Final seriyasının ən dəyərli basketbolçusu seçilir.

     Bundan əlavə karyerası ərzində 8 dəfə ulduzlar görüşündə oynamaq hüququ qazanan Pirs 2010-cu ildə Texasda keçirilən 3 xallıq atışların yarışında qələbə qazanaraq Larri Börddən sonra burada qalib olan ilk Seltiksli basketbolçu ünvanına sahib çıxır.

banner nijniy
Bu həftə efirdə
Futbol.DÇ seçmə mərhələsi. Boliviya – Argentina (canlı)
28-03-2017 00:00
Futbol.DÇ seçmə mərhələsi. Çili - Venesuela (canlı)
28-03-2017 02:00
Futbol.DÇ seçmə mərhələsi. Braziliya – Paraqvay (canlı)
28-03-2017 04:45
Futbol.DÇ seçmə mərhələsi. Peru - Uruqvay (canlı)
28-03-2017 06:15
Futbol. Almaniya çempionatı. ”Herta” – “Hoffenhaym” (canlı)
31-03-2017 22:45
Futbol. İngiltərə çempionatı. ”Liverpul” – “Everton” (canlı)
01-04-2017 15:30
Futbol. Almaniya çempionatı. ”Şalke” – “Borussiya” D (canlı)
01-04-2017 17:30
Futbol. Almaniya çempionatı. ”Ayntraxt” – “Borussiya” M (canlı)
01-04-2017 20:30
Futbol. İspaniya çempionatı. ”Malaqa” – “Atletiko” M (canlı)
01-04-2017 22:45
Futbol. İspaniya çempionatı. ”Sevilya” – “Sportinq” X (canlı)
02-04-2017 14:00
Futbol. İngiltərə çempionatı. ”Suonsi” – “Midlsbro” (canlı)
02-04-2017 16:30
Futbol. İngiltərə çempionatı. ”Arsenal” – “Mançester Siti” (canlı)
02-04-2017 19:00
Futbol. İspaniya çempionatı. ”Qranada” – “Barselona” (canlı)
02-04-2017 22:45
 
Video arxiv
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016