Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Basketbol
Memfis Qrizlis klubunun əsası 1995-ci ildə qoyulub

Memfis Qrizlis klubunun əsası 1995-ci ildə qoyulub. Komanda oyunlarını 18 19 nəfərlik Fedex arenada keçirir.Gənc komanda olduğuna görə Memfisin əbədiləşdirilmiş oyunçular siyahısı boşdur.2008-ci ildə Memfisin sahibi Maykl Xeysli kasıb komandanı pley-ofun iştirakçısına çevirəcəyini bəyan etdi.Həmin vaxt onun bu sözlərini bir çoxları təbəssümlə qarşılamışdı.Ancaq 3 il keçdikdən sonra Xeyslinin sözünün üstündə durduğu məlum oldu.Belə ki, Memfis qərb konfransından pley-ofda iştirak etmək hüququ əldə etdi.

Baş vermiş  tərəqqinin əsas səbəbkarlarından biri kimi  baş menecer Kris Uolles göstərilir.Belə ki,məhz o ,2007-ci ildə Xeyslidən Po Qazolun dəyişdirilməsini tələb etmişdi.Xatırladaq ki, Qazol Xeyslinin sevimli basketbolçusu sayılırdı , həmçinin İspaniyalı ulduzlar görüşünün iştirakçısı olmaqla Qrizlisin adını məşhurlaşdırırdı.Bu böyük bir yenidənqurma demək idi.Düz bir il sonra prezident baş menecerin tələbi ilə razılaşdı.Memfis lideri ilə vidalaşaraq yenidənqurma işlərinə başladı.Qeyd edək ki, NBA- da belə hadisələr tez-tez baş verir.Hər bir komanda müəyyən müddət yeni bir heyətin qurulmasına sərf edir.Çikaqo 6 il . Portlend 5 il , Atlanta daha  uzun müddət yenidənqurma işlərinin gedişinə vaxt  ayırıb.Xeysli Uollesə 3 il vaxt verir.Ponun satılması yeni basketbolçuların gəlişinə şərait yaradır.Mark Qazol,Zek Rendolf,Həmid Həddadi,Sem Yanq,Darrel Artur və Qreyvis Vaskes heyətə qatıldı.Bu demək olar ki, indiki heyətin yarısıdır.Bir sözlə yeni komanda məhz Po Qazolun  gedişi sayəsində formalaşıb.Bundan əlavə draftın ilk seçim imkanları   komandanın yeni basketbolçularla güclənəcəyindən xəbər verirdi.Əvvəlcə Memfis Rudi Qeylə müqavilə imzaladı.Növbəti draftda Mayk Konli komandaya dəvət edildi.Bir il sonra isə O Cey Mayo Qrizlisin üzvünə çevrildi.Nəticədə Memfisdə gənc , perspektivli və rəqabətə davamlı komanda yarandı.Baş məşqçi vəzifəsinə daim assistent olan Xollins gətirildi.

Daha bir faktı qeyd edək ki, Xeysli liqada ən səxavətli prezidentlərdən sayılır.Xoşuna gələn basketbolçuya lazım olan müqaviləni təklif etməkdən çəkinmir.Məhz bu xüsusiyyəti nəticəsində o vaxtı ilə Po Qazolla maksinal müqavilə imzalamışdı.Rudi Qey də yüksək məvacib alanlar sırasındadır.Gənc olmasına baxmayaraq onunla 5 illik 84 milyonluq müqavilə imzalanıb.

Əlbəttə ki, hər şey birdən baş vermədi.Memfis pley-ofa düşmək yolunda uzun müddət uğursuzluqlara düçar olmaq məcburiyyətində qaldı.Lakin sonda  bütün bu yenidənqurma öz bəhrəsini verdi.3 il ərzində Memfis  autsayderdən pley-off iştirakçısına çevrildi.Zek Rendolf All-stara dəvət aldı.Mark isə hal-hazırda böyük qardaşı ilə eyni səviyyədə bir basketbolçudur.

banner nijniy
Bu həftə efirdə
Futbol. İngiltərə çempionatı. ”Lester” – “Liverpul” (canlı)
27-02-2017 00:00
Voleybol. Çempionlar liqası. ”Telekom” – “Konelyano” (canlı)
28-02-2017 17:00
Voleybol. Çempionlar liqası. ”Dabrova” – “Azərreyl” (canlı)
28-02-2017 21:00
Futbol. İspaniya çempionatı. ”Valensiya” – “Leqanes” (canlı)
28-02-2017 00:30
Futbol. İspaniya çempionatı. ”Barselona” – “Sportinq” (canlı)
01-03-2017 22:30
Futbol. İspaniya çempionatı. ”Real” M – “Las Palmas” (canlı)
01-03-2017 00:30
Futbol. İspaniya çempionatı. ”Deportivo” – “Atletiko” M (canlı)
02-03-2017 23:45
Futbol. Almaniya çempionatı. ”Ausburq” – “Leypsiq” (canlı)
03-03-2017 23:30
Futbol. İngiltere çempionatı. ”Mançester Yunayted” – “Bornmut” (canlı)
04-03-2017 16:30
Futbol. Almaniya çempionatı. ”Borussiya” D – “Bayer” (canlı)
04-03-2017 18:30
Futbol. İngiltere çempionatı. ”Liverpul” – “Arsenal” (canlı)
04-03-2017 21:30
Futbol. İspaniya çempionatı. ”Barselona” – “Selta” (canlı)
04-03-2017 23:45
Futbol. İngiltərə çempionatı. ”Tottenhem” – “Everton” (canlı)
05-03-2017 17:00
Futbol. İngiltərə çempionatı. ”Sanderlend” – “Mançester Siti” (canlı)
05-03-2017 20:00
 
Video arxiv
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016