Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Basketbol
Xyuston Rokets

   Xyuston Rokets klubunun əsası 1967-ci ildə qoyulub.Öz oyunlarını 18300  nəfərlik  Toyonto Senter arenasında keçirən komandanın tarixi  ərzində bir neçə məşhur oyunçu olub.Klayd Dreksler,Kelvin Merfi, Mozes Meloun,Hakim Oladjuon və Rudi Tomyanoviçin nömrələri əbədiləşdirilərək istifadədən çıxarılıb.Komadanın ən şanlı illəri isə sözsüz ki, 1994 və 1995-ci ildir.Bu mövsümlərdə Hyuston Rokets liqanın çempionu olub.Ədalət naminə qeyd etmək lazımdır ki, həmin illərdə Maykl Cordan basketboldan müvəqqəti uzaqlaşmışdı.Əks halda Xyuston çox güman ki, yenə də Çikaqonun kölgəsində qalacaqdı.

   Ötən il Yao Minin zədə alması Xyustonu güclü komandalar sırasından çıxardı.Lakin bütün bunlara baxmayaraq Rokets komanda oyunu sayəsində mütəxəssislərin fikrinin yanlış olduğunu sübut etsi.Pley ofa düşməsələr belə Texaslılar uğurlu mövsüm keçirdilər.Aaron Bruks öz orta məhsuldarlığını yüksəldərək liderə çevrildi.Sakramentoya keçənə qədər Karl Lendri startda gözəl oyunu ilə yadda qaldı.Draftın 2-ci raundunda seçilən Çeyz Badincerin oyununu  isə həqiqi mənada sürpriz adlandırmaq olar.Lakin problemlər də az deyildi.Əsas çətinlik isə hündürboy basketbolçuların olmaması idi.Bunu elə də çox hiss etdirməmək üçün məşqçilər komandanın oyununda dəyişikliklər etməyə məcbur oldular.Xyuston artıq səbətə yaxın perimeter boyunca oynamağa başladı.

   Yay mövsümündə istedadlar yarmarkasında Rokets ağır forvard Patrik Pattersonu seçir.O Argentinalı Skolaya ilk illərdə əvəzedici olmalıydı.Skolayla komanda yeni 47 milyonluq 5 ilə nəzərdə tutulmuş müqavilə imzalayır.

   Bu ilki komandada əsas çatışmayan cəhət sürətdir.Heyət ağır olduğundan sprinter keyfiyyətlərinə malik  oyunçular yox səviyyəsindədir.Bu da komandanın sürətli əks hücumlar həyata keçirməsinə mane olur.

   Ötən il Yao Minsiz 42 qələbə qazan Roketsin bu il daha yaxşı nəticə göstərəcəyi gözlənilirdi.Qrafik ötən mövsümdən yaxşı olsa da pley-ofa düşmək asan deyil.Komanda  liqada ən çətin divizionlardan birində qərarlaşıb.Bu da müəyyən qədər Rokets üçün problemlər yaradır.Lakin nəzərə almaq lazımdır ki, Xyustonun baş məşqçisi çempionatda olan mütəxəssislər arasında ən güclülərdən biri sayılır.Veteran məşqçi Adelman öz təcrübəsi sayəsində komandanın çattışmayan cəhətlərini ört basdır etməyə çalışır.Rokets öz şanlı tarixindən uzaq olsa da nə vaxtsa qızıl dövrün yenidən geri qayıdacağına ümidlə yaşayır.

banner nijniy
Bu həftə efirdə
 
Video arxiv
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016