Mayami Xit NBA-ya 1988-ci ildə qəbul edilib.Həmin il Mayamidən başqa daha 3 komanda həmin mövsüm liqaya daxil edilmişdi.Bir neçə il turnir cədvəlinin sonlarında qərarlaşdıqdan sonra komanda yavaş-yavaş draftda düzgün seçimlərin nəticəsində güclü bir komandaya çevrilib.İlk 5 ildən sonra Mayami 1992-ci ildə hamıdan əvvəl pley-ofa vəsiqə əldə etdi.Lakin elə ilk raundda çempion Çikaqoya məğlub oldu.1994-cü il mövsümündə ilk dəfə olaraq Hitin qələbələrinin sayı məğlubiyyətdən çox olur.
Komandanın tarixində növbəti yaddaqalan hadisə 1995-ci ildə baş verir.Pet Raylinin baş məşqçi və prezident təyin olunduğundan sonra komandada dəyişikliklər başlayır.Nəticədə Qlen Raysın əvəzinə Alonso Mouninq və Tim Harduey gətirilir.
Növbəti il Mayami liqanın ən çox tərqqi edən komandası olur.61 qələbə ilə Hit Atlantik divizionunda çempionatı 1-ci yerdə tamamlayır.Pet Rayli isə ilin məşqçisi seçilir.Nəhayət həmin mövsüm Mayami konfransın finalına qədər irəliləyir və yenə də Çikaqo tərəfindən dayandırırlır.Növbəti il Xit bir neçə oyunçusunu itirməsinə baxmayaraq yenə də uğurla çıxış edərk 55 görüçdə qalib gəlir.1999-cu ildə komanda yeni Amerikan Airlayns Arenaya köçür.Mayaminin lideri Alonso Mouninq ardıcıl 2-ci mövsüm ən yaxşı müdafiəçi seçilir.
Daha bir şanlı il kimi 2003-cü ili qeyd etmək olar.Həmin il komanda Dueyn Veydi draftda seçir.Əlavə olaraq sərbəst agent kimi Lamar Odomla Rafer Elstonla müqavilə imzalayır.Pet Rayliöz yerini asistenti Sten Van Qandiyə verir.2004-cü ildə Şakil Onilin gəlişi isə Mayaminin tarixində dönüş yaradır.Növbəti il Pet Rayli yenidən baş məşqçi təyin olunur.Uğursuz startdan sonra Mayami yavaş-yavaş öz oyununu tapır.Nəticədə ilk dəfə olaraq liqanın finalına çıxır.Orada isə Dallası 4-2 hesabı ilə məğlub edərək ilk çempionluğunu yaşayır.
Bu həftə efirdə
Futbol. İngiltərə çempionatı. “Everton” – “Nyukasl” (canlı)