Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Basketbol
Los Anceles Klippers

     Los Anceles Klippersin əsası 1970-ci ildə qoyulub.Dərhal da həmin il komanda MBA-ya üzv qəbul olunub.Klippers ev oyunlarını 19000 azarkeş tutumuna malik Stepls Sentrdə keçirir.Şanlı tarixə malik olmadığından komandanın əbəbdiləşdilmiş bir nəfər də oyunçusu yoxdur.Los Anceles Klippersin sahibi Donald Sterlinqdir.

    Klippers uzun illərdir ki, şəhərdə Leykersin kölgəsində qalır.Qeyd etmək lazımdır ki, son 35 mövsüm ərzində Los Anceles Klippers 30 dəfə pley ofa yüksələ bilməyib.Bunun da əsas səbəbi  məhz Sterlinqin qeyri-adekvat qərarlarıdır. Ötən ilki mövsüm də belə alındı.Draftda bir nömrə ilə seçilmiş Bleyk Qriffin ciddi zədə alaraq düz bir il komandadan kənarda qaldı.Danlivinin komandadan qovulması burada vəziyyətin ideal olmadığından xəbər verir.Əvvəlcə Sterlinq Danlivini baş məşqçi vəzifəsindən kənarlaşdırır.Bundan sonra özünün öz istəyi ilə getmədiyini görərək onu baş menecer vəzifəsindən də qovur.Donald Sterlinq əvvəllər də belə addımları ilə məşhur olub.Bunun da nəticəsində bir sıra məşqçilər komandadan getdikdən sonra günlərini məhkəmlərdə keçiriblər.Belə bir imicin yaranması artıq rəhbərliyi narahat edir.Belə ki, hal-hazırda məşqçilər və menecerlər Klippersin təklifini qəbul etməzdən əvvəl 100 dəfə ölçüb biçirlər.Ən maraqlısı odur ki,Danlivi komandanın tarixi ərzində ən uğurlu baş məşqçi sayılır.Məhz onun rəhbərliyi altında Klippers b2006-cı ildə konfransın finalına qədər irəliləmişdi.

     Bu yay Los Anceles Klippers Lebron Ceymsi heyətinə qatmağı arzulayırdı.Lakin bu sevda baş tutmadı.Bundan sonra rəhbərlik ortabab oyunçularla güclənmək qərarına gəldi.Baş məşqçi isə Vinni Del Neqro təyin edildi.Draftda Al Farux Aminu ilə Vill Uoren seçildi.Aminu çox istedadlı basketbolçu sayılır və 3 nömrə oynayır.Qeyd edək , ənənəvi olaraq Klippers hər zaman bu mövqedən korluq çəkib.

     Bundan sonra Klippers draftda seçim hüququnu debütant Erik Bledsou ilə dəyişdi.Bu qərar bir qədər mübahisə doğurur.Kreyq Smitlə müqavilə 1 il uzadıldı.Elə də baha olmayan bu oyunçu Bleyk Qriffini lazım olduqda əvəz edir.

     Azad oyunçular bazarında isə Rayan Qomeslə müqavilə imzalanır.Ardınca Minnesotanın daha bir keçmiş oyunçusu Rendi Foye də Los Ancelesə gəlir.Komandanın əsas gücü səbət altında qüvvətli basketbolçuların olmasıdır.3 nömrə isə bir qədər problem yaradır.Digər bir tərəfdən Donald Sterlinqə görə bir çox basketbolçular bura gəlməkdən boyun qaçırır.Baxmayaraq ki, NBA-da olan bütün oyunçular Los-Ancelesi çox sevirlər.

banner nijniy
Bu həftə efirdə
Futbol.DÇ seçmə mərhələsi. Boliviya – Argentina (canlı)
28-03-2017 00:00
Futbol.DÇ seçmə mərhələsi. Çili - Venesuela (canlı)
28-03-2017 02:00
Futbol.DÇ seçmə mərhələsi. Braziliya – Paraqvay (canlı)
28-03-2017 04:45
Futbol.DÇ seçmə mərhələsi. Peru - Uruqvay (canlı)
28-03-2017 06:15
Futbol. Almaniya çempionatı. ”Herta” – “Hoffenhaym” (canlı)
31-03-2017 22:45
Futbol. İngiltərə çempionatı. ”Liverpul” – “Everton” (canlı)
01-04-2017 15:30
Futbol. Almaniya çempionatı. ”Şalke” – “Borussiya” D (canlı)
01-04-2017 17:30
Futbol. Almaniya çempionatı. ”Ayntraxt” – “Borussiya” M (canlı)
01-04-2017 20:30
Futbol. İspaniya çempionatı. ”Malaqa” – “Atletiko” M (canlı)
01-04-2017 22:45
Futbol. İspaniya çempionatı. ”Sevilya” – “Sportinq” X (canlı)
02-04-2017 14:00
Futbol. İngiltərə çempionatı. ”Suonsi” – “Midlsbro” (canlı)
02-04-2017 16:30
Futbol. İngiltərə çempionatı. ”Arsenal” – “Mançester Siti” (canlı)
02-04-2017 19:00
Futbol. İspaniya çempionatı. ”Qranada” – “Barselona” (canlı)
02-04-2017 22:45
 
Video arxiv
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016