Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Basketbol
Finiks Sans

     Finiks Sans Mba-da 1968-ci ildə peyda olub.Həmin mövsüm komandanın ev oyunlarını keçirdiyi arena Veterans Memorial Kolizeum olur.İlk mövsümdə Finiks debütant üçün yaxşı oynayır.Birinci il Komanda 33 qələbə qazanır.İlk onilliyi ərzində Finiks Sans 5 dəfə pleyofda oynamaq imkanı qazanır.Bir dəfə isə finala qədər irəliləyir.1975-76-cı ilər mövsümündə finalda Finiksin qarşısını yalnız həmin dövrün ən güclü komandalarından biri Boston Seltiks alır.Növbəti illər Finiks üçün elə də uğurlu olmur.Lakin hər zaman heyətdə cəlbedici basketbolçular yer alır.Pol Vestfol,Volter Devis, Larri Nens və Tom Çambers nəinki komandanın həmçinin NBA-nın ən güclülərindən biri idilər.Qeyd edək ki, komandanın tarixi ərzində bir çox basketbolçu ulduzlar görüşündə oynamaq üçün səs toplayıb.

     Daha bir  uğurlu il kimi 1992-93 mövsümünü  qeyd etmək olar.Həmin il Finiks yeni Us airvays sentr arenasına köçür.Liqanın finalına qədər yüksəlir  və qarşısıalınmaz Çikaqo Bulsa məğlub olur.

    Ötənilki mövsüm də əvvəlkilərindən fərqlənmiri.Yenə də ambisiyalar böyük idi və ümidlər Neş –Stademayer cütlüyünə idi.Lakin yenə də yolu sona qədər qət etmək mümkün olmadı.Konfransın finalına yüksəlmək əlbəttəki, zəif nəticə deyil .Amma artıq qocalmağa doğru gedən Neş və Qrant Hillin daha güclü olmasına ümid bəsləmək olmaz.Yəqin ki, çempion olmamaq Finiksin alınan yazılıb.Belə ki, hər zaman heyətdə ulduz basketbolçuların olmasına baxmayaraq komanda  güclü dövrü hansısa bir dahinin erasına düşür.Barklinin dövründə bu Maykl Cordanlı Çikaqo idisə , son illər San Antonio və Leykers Finiksin arzularının həyata keçməsinə imkan vermir.

    Mövsümlərarası fasilədə Stademayerin gedişinin qaçılmaz olduğu aşkar oldu.Amare NyuYorkla 100 milyon dəyərində 5 illik müqavilə imzaladı.2-ci itki  braziliyalı müdafiəçi Leandro Barbozanın Torontoya gedişi olur.Bu itkini Türkoğlunun gəlişi kompensasiya etməli idi.Belə ki, Hido Barboza ilə müqayisədə daha dəyərli basketbolçu sayılır.Lakin onun komandada qalması uzun sürmür.Rəhbərlik mövsümün ortalarında Hidonu Orlandoya göndərir.

    Komandanın əsas gücü heyətin zəngin olması və müxtəlif taktiki variantlardan istifadə imkanına malik olmasıdır.Lakin mərkəz basketbolçularından bir qədər sıxıntı var.Bu da yəqin ki, Finiksin arzusunun reallaşmasına yenə də imkan verməyəcək.

banner nijniy
Bu həftə efirdə
Futbol.Dünya çempionatı.Play-off. İtaliya – İsveç (canlı)
13-11-2017 23:45
Futbol.Dünya çempionatı.Play-off. İrlandiya - Danimarka (canlı)
14-11-2017 23:45
Futbol. Almaniya çempionatı. ”Ştutqart” – “Borussiya” D (canlı)
17-11-2017 23:30
Futbol.İngiltərə çempionatı. “Arsenal” – “Tottenhem” (canlı)
18-11-2017 16:30
Futbol.İspaniya çempionatı. “Leqanes” – “Barselona” (canlı)
18-11-2017 19:15
Futbol.İngiltərə çempionatı. ”Mançester Yunayted” – “Nyukasl” (canlı)
18-11-2017 21:30
Futbol.İspaniya çempionatı. “Atletiko” M – “Real” M (canlı)
18-11-2017 23:45
Futbol.İspaniya çempionatı. “Malaqa” – “Deportivo” (canlı)
19-11-2017 15:00
Futbol.Almaniya çempionatı. ”Şalke” – “Hamburq” (canlı)
19-11-2017 18:30
Futbol.Almaniya çempionatı. ”Verder” – “Hannover” (canlı)
19-11-2017 21:00
Futbol.İspaniya çempionatı. “Atletik” B – “Vilyareal” (canlı)
19-11-2017 23:45
 
Video arxiv
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016