Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Basketbol
Karmelo Entoni

     Karmelo Entoninin tarixçəsi tipik amerikalı qaradərili idmançının tarixçəsidir.O 1984-cü ilin 29 mayında Bruklinin kasıblar yaşadığı kvartalda anadan olub.2 yaşında olarkən atası xərçəng xəstəliyindən vəfat edib.8 yaşı olarkən ailəsi ilə birlikdə Baltimora köçüb.Basketbola olan maraq onu kriminal aləmdən uzaqlaşdırıb.Top tapançanı, basketbol meydançası isə narkomühiti əvəz edib.

    Stritbolda o daim özündən güclü və böyüklərlə oynayıb.O vaxt bəstəboy olduğundan daha çox texnikasının və driblinqin inkişafina nail olub.

    2000-ci ildə mühüm dəyişikliklər baş verib.Yay fəslində onun boyu nəzərəçarpacaq dərəcədə artıb.Bir il ərzində o adi istedadlı uşaqdan məktəbin ən yaxşə basketbolçusuna çevrilib.Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarında istedadlı uşaqlara xüsusi diqqət ayrılır.Kütləvi informasiya vasitələri daim onları diqqət mərkəzində saxlayır.Adətən 13-14 yaşlarında istedadlı uşaqlar geniş populyarlıq qazanırlar.

    17 yaşı tamamlanmamış Melonu skautlar kəşf edirlər.Birdən birə arzu reallaşmağa doğru addım atım atır. Orta məktəbin son ilini Karmelo Oak Xill Akademiyasında keçirməyi qərarlaşdırır.Bu akademiya Birləşmiş Ştatlarda ən güclü basketbol proqramlarından birinə malik olmaqla ad çıxarıb.Xatırladaq ki,Meloya qədər orada Cerri Stekhaus və Stiven Cekson, ondan sonra isə Coş Smit,Kevin Dürant,Redjon Rondo ,Maykl Bizli və Brendon Cenniqs oynayıb.Burada Karmelo böyük tərəqqiəyə nail olaraq komandasını ölkənin ən yaxşılarından birinə çevirir.

    2002-ci ildə bütün təklifləri rədd edərək Melo NBA-ya yox , Sirakuz universitetinə yollanır.Qısa müddət ərzində Entoni Universitetin sevimlilərindən biri olur.Universitetin komandası 4lər  finalına yüksəlir.Yarımfinalda Texasla qarşılaşmada hesabda geridə olan komanda Karmelonun 33 xal və 14 ribaundu sayəsində qələbə qazanır.Azarkeşlər ondan universitetdə daha bir il qalmağı tələb edirlər. Finalda rəqib Kanzas universiteti idi.Kirk Xaynrixin komandasını Sirakuz Karmelo Entoninin 20 xal 10 ribaundu ilə məğlubiyyətə uğradır.Bir il ərzində Karmelo həm atletik , həm də dəqiqliyinin sabitləşməsi baxımından inkişaf edərək NBA-ya tam hazır olur.

    Karmelo Entoni əslən Puerto-Rikoludur.2002-ci ildə Xose Torres nə qdər cəhd etsə də Melonun Puerto-Rika milli komandasında oynamasına nail ola bilmir.Entoni Amerika birləşmiş Ştatlarını seçir.Afinada keçirilən yay olimpiya oyunlarında Larri Braun onu komandaya dəvət etsə də görüş ərzində cəmi 10 dəqiqə oynadır.Nəticədə həm Entoni bundan razı qalmır, həm də Abş komandası yalnız bürünc medalla kifayətlənir.Bu həmin mövsüm Karmeloya dəyən 2-ci zərbə olur.Birincisi isə liqanın ən yaxşı debütantı titulunu Lebron Ceymsin qazanması idi.

    Karmelo Entoni öz arzusunu 2008-ci ildə reallaşdıraraq Pekində keçirilən olimpiya oyunlarının qalibi olur.

banner nijniy
Bu həftə efirdə
Futbol.DÇ seçmə mərhələsi. Boliviya – Argentina (canlı)
28-03-2017 00:00
Futbol.DÇ seçmə mərhələsi. Çili - Venesuela (canlı)
28-03-2017 02:00
Futbol.DÇ seçmə mərhələsi. Braziliya – Paraqvay (canlı)
28-03-2017 04:45
Futbol.DÇ seçmə mərhələsi. Peru - Uruqvay (canlı)
28-03-2017 06:15
Futbol. Almaniya çempionatı. ”Herta” – “Hoffenhaym” (canlı)
31-03-2017 22:45
Futbol. İngiltərə çempionatı. ”Liverpul” – “Everton” (canlı)
01-04-2017 15:30
Futbol. Almaniya çempionatı. ”Şalke” – “Borussiya” D (canlı)
01-04-2017 17:30
Futbol. Almaniya çempionatı. ”Ayntraxt” – “Borussiya” M (canlı)
01-04-2017 20:30
Futbol. İspaniya çempionatı. ”Malaqa” – “Atletiko” M (canlı)
01-04-2017 22:45
Futbol. İspaniya çempionatı. ”Sevilya” – “Sportinq” X (canlı)
02-04-2017 14:00
Futbol. İngiltərə çempionatı. ”Suonsi” – “Midlsbro” (canlı)
02-04-2017 16:30
Futbol. İngiltərə çempionatı. ”Arsenal” – “Mançester Siti” (canlı)
02-04-2017 19:00
Futbol. İspaniya çempionatı. ”Qranada” – “Barselona” (canlı)
02-04-2017 22:45
 
Video arxiv
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016