Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Basketbol
Evan Marsel Törner

     Evan Marsel Törner 1988-ci ilin 27 oktyabrında İllinoys ştatının Çikaqo şəhərində anadan olub.Müdafiəçi funksiyasını yerinə yetirən Törner 2010-cu ilin draftında Filadelfiya komandası tərəfindən 2 nömrə ilə seçilmək şərəfinə nail olub.

     Törnerin uşaqlığı çox ağır keçib.Körpə vaxtlarından bir sıra epidemiyalara məruz qalan Evan tənəffüs sisteminində əmələ gələn xəstəliklə də mübarizə aparmalı olub.

     Bundan əlavə 3 yaşında olarkən onu avtomobil vurub.Bu isə beyin silkələnməsi və nitqdə qüsurların yaranması ilə nəticələnib.

     Qvendolin Bruks məktəbində təhsil olarkən Törner basketbol komandasının ulduzu idi.Orta məktəbdəki oyunu onun İllinoys ştatının yığma komandasına dəvətinə səbəb olur.Buradakı uğurları həmçinin NCAA –da çalışan məşqçilərin də diqqətini cəlb edir.Nə vaxtsa Ayzeya Toması yetişdirən Sent Jozef məktəbində təhsil alarkən Törnerin oynadığı komandanı İllinoysun tarixində ən yaxşılarından adlandırırlar.Burada onların uğurlu nəticələr əldə etməsinə daha yuxarı siniflərdə oxuyan Derrik Rouz və Demetri Makkemigilin komandası imkan vermir.

     Orta məktəbdə təhsilini başa vurduqdan sonra Törner Oqayoya yollanır.Buranı seçməsinin səbəbi isə atasının orada yaşaması olur.Kollecdə də bir basketbolçu kimi inkişafını davam etdirən Törner müxtəlif şəxsi mükafatlara sahib çıxır.İlk mövsümdə orta hesabla 27 dəqiqə oynayan Evan 9 xal toplamaqla yadda qalır.

     2008-ci ildə isə o daha məhsuldar bir oyun nümayiş etdirməklə Milli liqada Oqayonun qələbə qazanmasına yardım edir.Komandanın heyətində isə xal, məhsuldar ötürmə və  Topalma  göstəricilərinə görə birinci olur.

     MBA-da debütü 2010-cu ilin 27 oktyabrına təsadüf edir.30 dəqiqə meydançada olan Törner görüşü 16 xal 7 ribaund və 4 ötürmə ilə tamamlayır.Noyabrın 7-də isə Evan karyerası ərzində ilk dəfə dabl-dabl edir.Dekabr ayında isə 23 xal toplamaqla karyerasının ən məhsuldar oyununu keçirir.

banner nijniy
Bu həftə efirdə
Futbol. Konfederasiya kuboku.Rusiya - Portuqaliya (canlı)
21-06-2017 19:00
Futbol. Konfederasiya kuboku. Meksika – Yeni Zenlandiya (canlı)
21-06-2017 22:00
Futbol. Konfederasiya kuboku.Kamerun - Avstraliya (canlı)
22-06-2017 19:00
Futbol. Konfederasiya kuboku. Almaniya - Çili (canlı)
22-06-2017 22:00
Formula 1. Azərbaycan Qran Prisi.Təsnifat mərhələsi (canlı)
24-06-2017 17:00
Futbol. Konfederasiya kuboku.Meksika - Rusiya (canlı)
24-06-2017 19:00
Formula 1. Azərbaycan Qran Prisi.Final (canlı)
25-06-2017 17:00
Futbol. Konfederasiya kuboku. Çili – Avstraliya (canlı)
25-06-2017 19:00
 
Video arxiv
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016