Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Basketbol
Orlando Mecik

     Orlando Mecik MBA-ya 1989-cu ildə, liqanın genişləndiriliməsinin 2-ci mərhələsində  Minnesota Timbervulvsla birlikdə Mayami ilə Şarlotdan bir il sonra qədəm qoyub.Əvvəlcə liqa rəhbərliyi 3 yeni komandanın yaranmasını nəzərdən keçirirdi.Onlardan biri Floridada yerləşməliydi.Lakin Mayami və Orlando ayrı-ayrılıqda liqaya  çox əlverişli təklif göndərdiklərinə görə Asosasiya hər iki komandanı qəbul etmək məcburiyyətində qalır.Klubun adının seçimi üçün  azarkeşlər arasında sorğu keçirilir.Nəticədə 4296 təklifdən Mecik seçilir.

     Komanda ev oyunlarını 20 min azarkeş tutumuna malik  Amvay Sentrdə keçirir.Orlandonun ilk baş məşqçisi Mett Quokas olub.89-cu ildə genişləndirmə draftında Mecik 12 oyunçu ilə heyətini qurur.Ümumi draft zamanı isə 11 nömrə ilə Nik Andersonu seçir.Qeyd edək ki, həmin müddətdə qəbul edilən 4 komanda arasında bu günə qədər ən uğurlu nəticəni məhz Orlando nümayiş etdirib.Belə ki, Mecik 21 mövsümün 12-də pley-ofda oynamaq imkanı qazanıb.

     Orlandonun ilk qələbəsi Nyu-york Nikslə qarşılaşmada baş verib.İlk mövsümdə cəmi 12 qələbəsi olan Mecik ən məhsuldar komandalardan biri kimi yadda qalıb.Bu da azarkeşlərin rəğbətinə səbəbinə olub.90-cı ilin draftında 4-cü seçim snayper Denis Skotun gəlişi ilə nəticələnib.Debütant yaxşı oyun göstərsə də komanda liqanın autsayderliyindən qurtula bilməyib.1992-ci ilin 17 mayı komandanın tarıxındı mühüm günlərdən birinə çevrilib.Həmin gün draftın püşkatmasında Orlanda 1-ci seçmək imkanını əldə edib.Bunun da nəticəsində Şakil Onil komandaya dəvət edilib.Şakil dərhal liqanın həmin dövrdə Cordandan sonra 2-ci ən məşhur basketbolçusuna çevrilib.Orlandonun liderinə çevrilən Şakil komandanın mövsüm ərzində 41 qələbə qazanmasında mühüm rol oynayıb.Ardıcıl 2-ci il draftda 1-ci seçmək hüququndan isə Mecik Kris Uebberi dəvət etməklə istifadə edib.Lakin rəhbərlik dərhal onu Anferni Hardueylə əvəz edib.Onil-Harduey elə ilk mövsümdə güclü silaha çevrilib və Orlando çempioanatı 50  qələbə ilə başa vurub.Növbəti mövsümlərdə də komanda inkişaf yolunu davam etdirib.Lakin bütün bunlara baxmayaraq Orlando liqanın qalibi adını qazanmağa müvəffəq ola bilməyib.Şakil və Harduey erası başa çatdıqdan sonra Mecikin liderinə Dayt Hovard çevrilib.Liqanın ən güclü basketbolçularından biri iki il ardıcıl olaraq NBA-nın ən güclü müdafiəçisi seçilib.Son mövsümün əvvəlləri komanda üçün uğursuz alınıb.Bunun da nəticəsində Orlandonun ulduzu Dayt Hovard  digər komandaya keçəcəyini də bəyan edibşBu qorxu rəhbərliyi cəsarətli addımlar atmağa vadar edib.Həyata keçirilən dəyişikliklər nəticəsində Türkiyəli Hidayət Türkoğlu yenidən Mecikə qaytaraılıb.Ondan əlavə komanda daha bir neçə güclü basketbolçularla müqavilə imzalayıb.

banner nijniy
Bu həftə efirdə
 
Video arxiv
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016