Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Formula 1
Çin Qran Prisi: Yarış

Çin Qran Prisi: Yarış


Quru. Günəşli. Havanın temperaturu +22° C, trasın temperaturu +29° C

Bəhreyndəki siyasi iğtişaşlar üzündən bu il səfər Qran Priləri yalnız üç yarışdan ibarət idi, səfərin yekunu isə Şanxayda vurulurdu. Komandalar artıq yeni təkərlərə öyrəşiblər, etibarlılıq problemlərini həll ediblər və düzgün nəticələr çıxarıblar. Üç həftədən sonra biz Türkiyədə tam fərqli maşınlar görəcəyik, qüvvələr nisbəti dəyişə bilər, amma Çüin Qran Prisi olduqca vacib idi - hamı Avropaya xoş əhvalla qayıtmaq istəyirdi...

Dünən mövsümün üçüncü sıralanma turunda da Sebastyan Fettel poul qazanmışdı. Sonuncu dünya çempionu ilk iki yarışı qələbə ilə başa vurduğu üçün Şanxaya aşkar favorit kimi gəlmişdi, amma onun komanda yoldaşı Mark Uebber isə bu dəfə birinci sessiyada mübarizəni dayandırmışdı və yarışa 18-ci yerdən başlamalı idi.

Sürücülər trasa çıxarkən McLaren-in boksunda Həmiltonun maşını üzərində gərgin iş gedirdi - britaniyalı sürücü sonuncu dəqiqədə pit-leyni tərk etdi: mexaniklər motorun üst qapağını artıq start düzlüyündə bağlamalı oldular.

Startda Batton Fetteli qabaqlayıb, Həmilton isə ikinciliyə yüksəlib, liderliyi əldən verən Sebastyan Rosberqlə mübarizədə üçüncü yerini qoruya bilib. Massa komanda yoldaşı Alonsonu üstələyib, Petrov isə iki mövqe itirib. Sürücülər arasında interval minimal olduğu üçün ikinci dövrədən sonra arxa antiqanadın hərəkətli elementini aktivləşdirən sürücülər çoxsaylı ötmələr ediblər, amma bir azdan sürücülərə mühəndislərdən təkərləri qorumaq əmri verilib.

7-ci dövrədə Petrov Algersuarini keçib və Toro Rosso sürücülərindən uzaqlaşıb, 3 dövrə sonra planlı pit-stopundan çıxan ispaniyalı sürücünün maşınında arxa sağ təkər yaxşı bağlanmadığı üçün sürücü mübarizədən kənar qalıb - finiş görməyən yeganə sürücü məhz Xayme olub.

11-ci dövrədə Şumaher və Uebber, 13-cü dövrədə Rosberq və Buemi ilk pit-stoplarını reallaşdırıblar. 14-cü dövrədə Fettel Həmiltonu keçərək ikinciliyə yüksəlib. Ötməni etdikdən sonra Fettel yarışın lideri Battonun arxasında pitə yönəlib. Censon əvvəlcə Red Bull mexaniklərinin yanında dayanıb, sonra isə irəli öz yerinə keçib, ona görə də vaxt itirib - Sebastyan trasa Censonun önündə qayıdıb və ondan uzaqlaşmağa başlayıb.

15-ci dövrədə Həmilton və Massa pit-stop keçiriblər və Felipe trasa birinci çıxıb, yarışa isə Rosberq liderlik edib. 17-ci dövrədə mexaniklər Alonsoya, 18-ci dövrədə Petrova, 19-cu dövrədə isə Haydfeldə qulluq ediblər. İlk pit-stoplar dalğasından sonra Rosberq-Fettel-Batton-Massa-Həmilton-Şumaher altılığı peletondan ayrılmağa başlayıb, Alonso sürətlə bu altılığı təqib edib.

25-ci dövrədə Batton planlı ikinci pit-stopunu gerçəkləşdirib, bir dövrə sonra isə Rosberq, Həmilton və Uebber də eyni addımı atıblar. Alonso Şumaheri keçərək beşinciliyə yüksəlib, yeddiqat dünya çempionu pit-stopa yönəlib. 32-ci dövrədə Fettel komandasından bərk təkərləri alıb və yerdə qalan 24 dövrəni bu təkərlərlə başa vurmalı olub, amma onun rəqiblərini hələ bir pit-stop gözləyirdi. 33-cü dövrədə pit-stop keçirmiş Alonso və bir dövrə sonra Massa da eyni strategiyanı seçiblər.

36-cı dövrədə Həmilton komanda yoldaşı Battonu üstələyərək ikinciliyə yüksəlib. 38-ci dövrədə Censon, bir dövrə sonra isə Lyuis pit-stopda bərk təkərlər alıblar. Yarışın lideri Rosberq 40-cı dövrədə sonuncu pit-stopunu reallaşdırıb və trasa düz Lyusin öndündə qayıdıb. Niko bir neçə döngə müqavimət göstərsə də, britaniyalı sürücü onu keçə bilib. 41-ci dövrədə isə Uebber üçüncü dəfə mexaniklərinin qonağı olub.

Yarışa isə Fettel başçılıq edib, Massa ona dörd saniyə uduzub - hər iki sürücü iki pit-stopdan istifadə edib, bu cütlüyü üç pit-stop keçirmiş Həmilton, Rosberq və Batton üçlüyü sürətlə təqib edib. Hər şey yarışın son hissəsində təkərlərin yeyilmə dərəcəsindən asılı olub.

Sutillə toqquşmada günahkar hesab edilən Peres stüardlar tərəfindən pit-leyndən keçməklə cərimə alıb.

45-ci dövrədə Həmilton Massanı keçərək ikinciliyə, Uebber isə Alonsonu keçərək beşinciliyə yükəsliblər. Rosberq Massanı keçmək istəyərkən səhvə yol verib və Battonu irəli buraxıb. Həmilton Fettelə arardakı fərqi azaltmağa başlayıb, Batton isə Massanı keçərək üçüncülüyə yüksəlib. Rosberqlə mübarizədə trasdan çıxan Massa yenidən trasa qayıda bilib.

52-ci dövrədə bir neçə həmlədən sonra Lyuis Sebastyanı keçərək uzaqlaşmağa başlayıb - britaniyalı sürücünün maşınında bərk təkərlər yaxşı qalıblar. Petrov isə əvvəlcə Pol di Restanı, sonra isə Kamui Kobayaşini keçərək doqquzuncu yerə qalxıb. Uebber isə əvvəlcə Rosberqi, sonra isə Battonu keçərək podiumun aşağı pilləsini ələ keçirib - avstraliyalı sürücü 18-ci yerdən start almaqla əla yarış keçirib.

Lyuis Həmilton karyerasında 15-ci, mövsümdə isə 1-ci qələbəsini qazanıb. Fettel və Uebber isə Red Bull-a növbəti podiumları qazandırıblar.

Avropaya qayıtmazdan əvvəl McLaren Red Bull-dan geriqalmanı tam aradan qaldırıb, amma üç həftə sonra hər şey yenidən başlayacaq - komandalar Türkiyə Qran Prisinə ciddi yeniliklər hazırlayırlar...

Yer      Pilot                 Komanda         Motor              Vaxt

01        L.Həmilton         McLaren            Mercede           1.36:58.226

02        S.Fettel             Red Bull            Renault             + 0:05.198

03        M.Uebber          Red Bull            Renault             + 0:07.555

04        C.Batton            McLaren            Mercedes          + 0:10.000

05        N.Rosberq         Mercedes GP     Mercedes          + 0:13.448

06        F.Massa            Ferrari              Ferrari              + 0:15.840

07        F.Alonso           Ferrari              Ferrari              + 0:30.622

08        M.Şumaher       Mercedes GP     Mercedes          + 0:31.260

09        V.Petrov            Lotus Renault GP Renault           + 0:57.404

10        K.Kobayaşi        Sauber             Ferrari              + 1:03.203

11        P.di Resta         Force İndia        Mercedes          + 1:08.757

12        N.Haydfeld        Lotus Renault GP Renault           + 1:12.739

13        R.Barrikello       Williams            Cosworth          + 1:30.189

14        S.Buemi            Toro Rosso       Ferrari              + 1:30.671

15        A.Sutil              Force İndia        Mercedes          + 1 dövrə

16        H.Kovalaynen     Team Lotus       Renault             + 1 dövrə

17        S.Peres             Sauber              Ferrari              + 1 dövrə

18        P.Maldonado     Williams            Coswort             + 1 dövrə

19        Y.Trulli              Team Lotus       Renault             + 1 dövrə

20        J.D'Ambrozio     Marussia Virgin  Cosworth          + 2 dövrə

21        T.Qlok               Marussia Virgin  Cosworth          + 2 dövrə

22        V.Liutsi             Hispania            Cosworth          + 2 dövrə

23        N.Kartikeyan      Hispania            Cosworth          + 2 dövrə

-           X.Algersuari      Toro Rosso       Ferrari              -

 

Sürətli dövrə: Mark Uebber (Red Bull) - 1:38.993 (42-ci dövrə).

Turnir cədvəli:

Yer      Pilot                 Komanda         Motor              Xal

01        S.Fettel             Red Bull            Renault             68

02        L.Həmilton         McLaren            Mercedes          47

03        C.Batton            McLaren            Mercedes          38

04        M.Uebber          Red Bull            Renault             37

05        F.Alonso           Ferrari              Ferrari              26

06        F.Massa           Ferrari              Ferrari              24

07        V.Petrov            Lotus Renault GP Renault           17

08        N.Haydfeld        Lotus Renault GP Renault           15

09        N.Rosberq         Mercedes GP     Mercedes          10

10        K.Kobayaşi        Sauber             Ferrari              7

11        M.Şumaher       Mercedes GP     Mercedes          6

12        S.Buemi            Toro Rosso       Ferrari              4

13        A.Sutil              Force İndia        Mercedes          2

14        P.di Resta         Force İndia        Mercedes          2

15        X.Algersuari      Toro Rosso       Ferrari              0

16        Y.Trulli              Team Lotus       Renault             0

17        R.Barrikello       Williams            Cosworth          0

18        J.D'Ambrozio     Marussia Virgin  Cosworth          0

19        H.Kovalaynen     Team Lotus       Renault             0

20        T.Qlok              Marussia Virgin  Cosworth          0

21        S.Peres             Sauber             Ferrari              0

22        P.Maldonado     Williams            Coswort            0

23        V.Liutsi             Hispania            Cosworth          0

24        N.Kartikeyan      Hispania            Cosworth          0

 

Mühəndislər Kuboku:

Yer      Komanda         Motor              Xal

01        Red Bull            Renault             105

02        McLaren            Mercedes          85

03        Ferrari              Ferrari              50

04        Lotus Renault GP Renault           32

05        Mercedes GP     Mercedes          16

06        Sauber             Ferrari              7

07        Toro Rosso       Ferrari              4

08        Force İndia        Mercedes          4

09        Team Lotus       Renault             0

10        Williams            Cosworth          0

11        Marussia Virgin  Renault             0

12        Hispania            Cosworth          0

banner nijniy
Bu həftə efirdə
Futbol. Konfederasiya kuboku.Rusiya - Portuqaliya (canlı)
21-06-2017 19:00
Futbol. Konfederasiya kuboku. Meksika – Yeni Zenlandiya (canlı)
21-06-2017 22:00
Futbol. Konfederasiya kuboku.Kamerun - Avstraliya (canlı)
22-06-2017 19:00
Futbol. Konfederasiya kuboku. Almaniya - Çili (canlı)
22-06-2017 22:00
Formula 1. Azərbaycan Qran Prisi.Təsnifat mərhələsi (canlı)
24-06-2017 17:00
Futbol. Konfederasiya kuboku.Meksika - Rusiya (canlı)
24-06-2017 19:00
Formula 1. Azərbaycan Qran Prisi.Final (canlı)
25-06-2017 17:00
Futbol. Konfederasiya kuboku. Çili – Avstraliya (canlı)
25-06-2017 19:00
 
Video arxiv
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016