Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Futbol
Prezident İlham Əliyev: “Biz futbolumuzun 100 illik yubileyini qeyd edərkən gələcəyə ümidlərlə baxırıq”

Prezident İlham Əliyev: “Biz futbolumuzun 100 illik yubileyini qeyd edərkən gələcəyə ümidlərlə baxırıq”

 

“Bu gün biz futbolumuzun 100 illik yubileyini qeyd edərkən gələcəyə ümidlərlə baxırıq. Ümid edirəm ki, Azərbaycanda futbolun inkişafı uğurlu olacaqdır. Azərbaycan dövləti futbolun inkişafı üçün lazımi tədbirləri görür”.

Bu sözləri Prezident İlham Əliyev Azərbaycan futbolunun 100 illik yubiley tədbirləri çərçivəsində 65 min tamaşaçı tutumuna malik möhtəşəm Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimindəki çıxışında söylədi.

         Respublikamızda futbolun inkişafına dair Dövlət Proqramının bir neçə ildir ki, icra edildiyini, ölkə çempionatının maraq doğurduğunu qeyd edən Prezident İlham Əliyev dedi ki, Azərbaycanda futbolun kütləviliyinin təmin edilməsi üçün praktiki addımlar atılır. Həm dövlət qurumları, həm Azərbaycan Futbol Federasiyasiyaları Assosiasiyası məqsədyönlü iş aparmaqla futbolun inkişafına böyük töhfə verirlər. Prezident ümid etdiyini bildirmişdir ki, bu səylər nəticəsiz qalmayacaq, futbolçularımızın beynəlxalq yarışlarda bizi sevindirəcək.

         Dövlətimizin başçısı onu da vurğuladı ki, futbolun inkişafı hər bir ölkə üçün vacibdir. Futbol ən sevili idman növüdür. Azərbaycanda da belədir. Biz çox istəyirik ki, uşaqlarımız, gənclərimiz, yeniyetmələrimiz futbol seksiyalarına qoşulsunlar, futbolla məşğul olsunlar. Bunu etmək üçün indi şərait daha da yaxşıdır.

         Son illərdə ölkəmizdə bir neçə stadionun istismara verildiyini, futbol meydançalarının tikildiyini diqqətə çatdıran Prezident İlham Əliyev vurğuladı ki, futbolun kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda böyük işlər aparılır.

         İyunun 6-da “Buta Palas” sarayında isə Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş qəbul təşkil edildi. Qəbulda FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini, bir sıra xarici ölkələrin futbol federasiyalarının prezidenti, adlı-sanlı futbolçular və məşqçilər iştirak edirdilər.

         “Eurovision – 2011” mahnı müsabiqəsinin qalibləri – Azərbaycanın Eldar Qasımov-Nigar Camal dueti qəbul iştirakçıları qarşısında çıxış etdilər.

         AFFA-nın prezidenti Rövnəq Abdullayev, UEFA-nın prezidenti Mişel Platini, FİFA-nın prezidenti Yosef Blatter, gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda idmanın ən populyar və sevimli növlərindən birinin yubileyi münasibətilə ölkəmizin idman ictimaiyyətini təbrik etdilər.

         Rövnəq Abdullayev öz çıxışında qeyd etdi ki, dövlətimizin başçısı İlham Əliyev ölkədə idmanın, o cümlədən futbolun inkişafına böyük diqqət yetirir. Idmanın bu növünün inkişafına dair Dövlət Proqramı qəbul edilmişdir. Bu gün ölkəmizdə bütün sahələrdə, o cümlədən idmanda və bədən tərbiyəsində tərəqqi müşahidə olunur.

         AFFA-nın prezidenti FİFA rəhbərinə yenidən bu vəzifəyə seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etdiyinə görə təşəkkürünü bildirdi.

         UEFA-nın prezidenti Mişel Platını Azərbaycanda futbolun inkişafından söhbət açaraq qeyd etdi ki, 1911-ci ildə o vaxt Azərbaycanda işləyən almanlar və ingilislər Bakıda futbol oynamağa başlamışlar. Son 100 ildə idmanın bu növü ölkədə çox populyarlaşmışdır. 1966-cı ildə Bakının “Neftçi” klubu SSRİ çempionatında üçüncü yeri tutaraq böyük uğur qazanmışdır.

         Mişel Platininin sözlərinə görə, əfsanəvi hakim Tofiq Bəhramov da Azərbaycan futbolunu çox məşhurlaşdırmışdır. Bu gün AFFA-nın rəhbərliyi ölkədə həm peşəkar, həm də həvəskar futbolun inkişafı üçün iş görür – təkcə Bakıda deyil, regionlarda da çoxlu futbol meydançaları tikilir.

         O, əmin olduğunu bildirmişdir ki, bütün bu tədbirlər tezliklə öz səmərəsini göstərəcəkdir.

         FİFA-nın rəhbəri Yosef Blatter çıxışının əvvəlində səmimi qəbul üçün Prezident İlham Əliyevə təşəkkür etdi. FİFA prezidenti qeyd etdi ki, bu gün Azərbaycan dinamik inkişaf edən ölkədir və biz onun bir çox istiqamətlərdə uğurlarının şahidləriyik.

         Blatterin sözlərinə görə, bu gün futbol idmanın dünyada populyar növlərindən biridir və FİFA-nın fəaliyyətinin əsas tezisi ədalətli oyun prinsipidir.

         Qəbulda gənclər və idman naziri Azad Rəhimov da çıxış etdi. O da yubiley təntənələrində iştirak etdiklərinə görə FİFA və UEFA rəhbərlərinə təşəkkürünü bildirdi. Bu gün ölkəmizin idmançılarının qələbələrinə Azərbaycanın bütün vətəndaşlarının sevindiklərini vurğulayan nazir ümid etdiyini bildirdi ki, tezliklə futbolçularımız da öz parlaq qələbələri ilə bizi sevindirəcəklər. Nazir vurğuladı ki, bu gün Azərbaycan bütün dünyada tanınmış idman ölkəsinə çevrilmişdir. Burada Avropa və Dünya çempionatları, müxtəlif beynəlxalq turnirlər yüksək səviyyədə keçirilir.

         Sonra Azərbaycan futbolunun veteranları Ələkbər Məmmədova və Kazbek Tuayevə UEFA-nın və FİFA-nın fəxri fərmanları təqdim edildi.

         Qəbulda Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş sənədli film nümayiş etdirildi.

         Sonra incəsənət ustalarının konserti oldu.

         Elə həmin gün “Excelsior” hotelində Azərbaycan futbolunun 100 illik yubileyi və 17 yaşadək qızlardan ibarətkomandalar arasında 2012-ci ildə ölkəmizdə keçiriləcək Dünya çempionatı ilə bağlı mətbuat konfransı keçirildi.

         UEFA-nın prezidenti M.Platini yüksək səviyyədə inşa olunan “Dalğa Arena”nın açılış mərasimində iştirak etdiyini və stadionun mərkəzində deyil, dəniz kənarında istifadəyə verilməsini yüksək qiymətləndirdi. M.Platini dedi ki, istifadəyə verilən yeni stadion Azərbaycanda uşaq futbolunun inkişafına təkan verəcəkdir. M.Platini söylədi: “Bu stadionun dəniz kənarında inşa edilməsi həm də çimərlik futbolunun inkişafına töhfə olacaqdır. Azərbaycanlılar fəxr etməlidirlər ki, Prezident İlham Əliyev ölkədə futbol infrastrukturunun inkişafı bu dərəcədə qayğı ilə yanaşır”.

         FİFA-nın prezidenti Y.Blatter Azərbaycanda futbolun inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirdi, 2012-ci ildə ölkəmizdə 17 yaşlı qızlardan ibarət komandalar arasında Dünya çempionatının yüksək səviyyədə təşkilinə əmin olduğunu bildirdi. FİFA-nın prezidenti bildirdi ki, Dünya çempionatına Azərbaycanın evsahibliyi etməsi ölkədə qadın futbolunun inkişafından xəbər verir.

         Sonda FİFA-nın prezidenti AFFA-nın rəhbərliyinə təmsil etdiyi qurumun bayrağını və xüsusi medalı təqdim etdi.

banner nijniy
Bu həftə efirdə
Futbol.DÇ seçmə mərhələsi. Boliviya – Argentina (canlı)
28-03-2017 00:00
Futbol.DÇ seçmə mərhələsi. Çili - Venesuela (canlı)
28-03-2017 02:00
Futbol.DÇ seçmə mərhələsi. Braziliya – Paraqvay (canlı)
28-03-2017 04:45
Futbol.DÇ seçmə mərhələsi. Peru - Uruqvay (canlı)
28-03-2017 06:15
Futbol. Almaniya çempionatı. ”Herta” – “Hoffenhaym” (canlı)
31-03-2017 22:45
Futbol. İngiltərə çempionatı. ”Liverpul” – “Everton” (canlı)
01-04-2017 15:30
Futbol. Almaniya çempionatı. ”Şalke” – “Borussiya” D (canlı)
01-04-2017 17:30
Futbol. Almaniya çempionatı. ”Ayntraxt” – “Borussiya” M (canlı)
01-04-2017 20:30
Futbol. İspaniya çempionatı. ”Malaqa” – “Atletiko” M (canlı)
01-04-2017 22:45
Futbol. İspaniya çempionatı. ”Sevilya” – “Sportinq” X (canlı)
02-04-2017 14:00
Futbol. İngiltərə çempionatı. ”Suonsi” – “Midlsbro” (canlı)
02-04-2017 16:30
Futbol. İngiltərə çempionatı. ”Arsenal” – “Mançester Siti” (canlı)
02-04-2017 19:00
Futbol. İspaniya çempionatı. ”Qranada” – “Barselona” (canlı)
02-04-2017 22:45
 
Video arxiv
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016