"Arsenal"da son 27 ilin antirekordu

30 Noyabr, 17:35 Sosial mediada paylaşın:
Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda öz meydanında "Ayntraxt"a uduzan (1:2) "Arsenal" klub tarixinin növbəti antirekordunu müəyyənləşdirib.
 
London təmsilçisinin son 27 ildə ilk dəfə qələbəsiz oyunlar seriyası 7 görüşə çatıb. Bu qarşılaşmalardan 4-ü İngiltərə Premyer Liqası, ikisi Avropa Liqası, biri isə İngiltərə Liqa Kubokunun matçıdır.
 
“Topçular” sonuncu dəfə 1992-ci ildə Corc Qremin baş məşqçi olduğu dövrdə belə uğursuzluq yaşamışdı.

CANLI YAYIM