Rusiyalı baş məşqçi Hollandiya klubundan istefa verib

30 Noyabr, 13:42 Sosial mediada paylaşın:
Hollandiyanın "Vitess" klububunun baş məşqçisi Leonid Slutski istefa verib. 
 
48 yaşlı rusiyalı mütəxəssis çempionatın 15-ci turunda "Herenven"ə 2:3 hesabı ilə uduzduqları matçdan sonra komandadan ayrıldığını açıqlayıb. 
 
Qeyd edək ki, Leonid Slutski 2018-ci ilin yayından komandaya rəhbərlik edib. "Vitess" ötən mövsüm onun rəhbərliyi altında Hollandiya çempionatında 5-ci yeri tutub. Slutski 2015 - 2016-cı illərdə Rusiya yığmasında çalışıb.

CANLI YAYIM