MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb

30 Noyabr, 12:01 Sosial mediada paylaşın:
Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb.
 
33 yaşlı idmançı yeni nailiyyətə “UAE Warriors9”da imza atıb. O, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunan nüfuzlu yarışda Belarus təmsilçisi İqor Litoşiklə üz-üzə gəlib.
 
Orta çəki dərəcəsində çıxış edən Abbasov döyüşü qələbə ilə başa vurub.
 
“Mubadala Arena”dakı döyüş təcrübəli idmançının peşəkar karyerasında 23-cü qarşılaşma olub. O, özünün 18-ci qələbəsini əldə edib.

CANLI YAYIM