Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

29 Noyabr, 15:49 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb. 
 
Bu ada Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski layiq görülüb. 
 
31 yaşlı polşalı hücumçu V turda Serbiyada "Srvena Zvezda"nı 6:0 hesabı ilə məğlub etdikləri görüşdə 4 qol vurub. 
 
O, İspaniya "Barselona"sının hücumçusu Lionel Messi, Fransa PSJ-sinin qapıçısı Keylor Navas və İtaliya "İnter"inin forvardı Romelu Lukakunu geridə qoyub.

CANLI YAYIM