APOEL növbəti mərhələdə, "Başakşəhər" və "Arsenal" məğlub oldu

29 Noyabr, 10:20 Sosial mediada paylaşın:
Avropa Liqasında 5-ci tura yekun vurulub.
 
Keçirilən qarşılaşmaların yekunun yekununda daha 5 komanda adını 1/16 finala yazdırıb. Bunlar Kipr APOEL-i, Portuqaliya "Sportinq"i və Avstriya LASK-ı, Almaniya "Volfsburq"u, Belçika "Gent"i, Portuqaliya "Braqa"sı, İngiltərə "Vulverhempton"u və Hollandiya  "AZ Alkmaar"ıdır.
 
Bu turda Türkiyə təmsilçilərindən "Trabzonspor" "Hetafe"yə, "Başakşəhər" "Roma"ya uduzub. "Beşiktaş" isə "Slovan" üzərində qələbə qazanıb.