Xulen Lopeteqi: "Qarabağ"a böyük hörmətlə yanaşırıq"

28 Noyabr, 12:46 Sosial mediada paylaşın:
"Rəqibə və özümüzə böyük hörmətlə yanaşırıq. "Qarabağ" kollektiv futbol oynayır. Üç xal qazanmaq üçün maksimum həvəslə çıxış etməliyik".
 
Bu sözləri "Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Qarabağ”la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
 
O, start 11-liyi özü üçün müəyyən etdiyini bildirib: "Kimin oynayacağı ilə bağlı az-çox fikrim var. Əhəmiyyətli olan oyunçuların rəqabət apara bilməsidir. Heyətdə gənc oyunçularımız var. Onlarda aclıq hiss olunur, meydana maksimal motivasiya ilə çıxacaqlar. Ən uyğun olan start heyətlə meydana çıxmağa çalışacağıq.
 
İki hücumçu ilə oynamaq ideyam var, amma əsas məsələ mübarizə aparmaqdır. Çünki rəqibimiz qarşısına çox böyük hədəf qoyub. Bu, Avropa Liqası matçı olduğundan, qalib gəlmək və yaxşı oynamaq istəyirik. Bununla yanaşı, xal qazanmağım bizim üçün önəm kəsb etmədiyini nəzərə alaraq, daxilən motivasiya olunmağa çalışacağıq. Bu halda, biz ən güclü tərəf olacağıq".
 
53 yaşlı mütəxəssis sabahkı görüşdə əsas məqsədlərinin qalib gəlmək olduğun eyd edib: "Bütün oyunlar çox çətin və bərabərdir. İlk növbədə qalib gəlməli, daha sonra yaxşı mübarizə barədə düşünməliyik. Futbolçularımız məşqlərdə yaxşı çalışırlar. Bu, önəmli amildir".
Lopetegi kapitan Xesus Navasın sabahkı matçda meydanda olmayacağını da açıqlayıb.
 
Xatırladaq ki, “Sevilya” – “Qarabağ” matçı noyabrın 28-də "Ramon Sances Pisxuan" stadionunda keçiriləcək.