PSJ-dən Mbappe açıqlaması

28 Noyabr, 11:38 Sosial mediada paylaşın:
PSJ-nin idman direktoru Leonardo komandanın futbolçusu Klilian Mbappenin "Real"a keçəcəyi barədə yayılan iddialara münasibət bildirib.
 
O, bu iddiaları təkzib edib. Klub rəsmisi bildirib ki, fransalı hücumçu ilə müqavilənin müddətini uzatmaqla bağlı danışıqları davam etdirirlər: "Bununla bağlı yavaş-yavaş irəliləyirik. Mbappe 100 faiz PSJ-də qalacaq".
 
Qeyd edək ki, 20 yaşlı futbolçunun Paris təmsilçisi ilə hazırkı müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

CANLI YAYIM