KİV: 2019-cu ilin "Qızıl top"unun sahibi Messi olacaq

28 Noyabr, 10:44 Sosial mediada paylaşın:
"Barselona"nın argentinalı hücumçusu və komandanın kapitanı Lionel Messi 2019-cu ilin nüfuzlu "Qızıl top"unun sahibi olacaq.
 
Bu barədə "Transfermarkt" bildirib.
 
Qeyd edilir ki, qalibin müəyyən edilməsi ilə bağlı səsvermə noyabrın 9-da başa çatıb. Alman portalı argentinalı oyunçunun əldə etdiyi mükafatların yenilənmiş statistikanı açıqlayıb. Bu siyahıya "Qızıl top" - 2019 da daxildir.
 
Məlumata görə, mükafatlandırma mərasimi dekabrın 2-də Parisdə keçiriləcək.
 
Ötən gün "Barselona" Messi fərqlənməsi ilə Çempionlar Liqasının qrup mərhələsinin beşinci tur matçında "Borussiya"ya 3:1 hesabı ilə qalib gəlib.
 
Qeyd edək ki, Messi beş dəfə "Qızıl top"un sahibi olub.
 
Lionel Messi 34-cü klubun qapısına qol vuraraq Çempionlar Liqasında rekorda imza atıb. Hücumçu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun Dortmundun "Borussiya" komandası ilə matçda fərqlənib. Messi bu nəticə ilə "Yuventus"un hücumçusu Kriştian Ronaldunu və "Real"ın sabiq hücumçusu Raul Qonsalesi qabaqlayıb. Həmin hücumçular Çempionlar Liqasında 33 kluba qol vurublar.

CANLI YAYIM