“Golden boy” mükafatının qalibi məlum oldu

28 Noyabr, 10:35 Sosial mediada paylaşın:
Avropanın ən yaxşı gənc futbolçusuna verilən “Golden Boy” mükafatının sahibi müəyyənləşib.
 
Bu ada "Atletiko"nun yarımmüdafiəçisi Joao Feliks layiq görülüb.
 
Portuqaliyalı futbolçu 332 səslə Ceydon Sanço (“Borussiya”, Dortmund -175) və Kay Havertsi (“Bayer” - 75) qabaqlayıb.
 
Qeyd edək ki, “Golden Boy” mükafatı dekabrın 16-da Turində keçiriləcək tədbirdə təqdim ediləcək.

CANLI YAYIM