Qadın güləşçilərimiz Rusiyada iki medal qazanıb

24 Noyabr, 18:14 Sosial mediada paylaşın:
Rusiyanın Çeboksarı şəhərində qadın güləşi üzrə açıq Rusiya Kubokuna yekun vurulub.
 
İki gün davam edən turnirdə Azərbaycanı məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi təmsil edib.
 
Onlardan ikisi fəxri kürsüyə qalxıb. Tatyana Omelçenko (62 kq) gümüş medal qazanıb. Onunla eyni çəkidə çıxış edən Jalə Əliyeva isə üçüncü yeri tutub.
 
Qeyd edək ki, yığmamız komanda hesabında üçüncü olub.

CANLI YAYIM