“Red Bull” komandası çəkisizlik şəraitində pit-stop gerçəkləşdirib

22 Noyabr, 18:45 Sosial mediada paylaşın:
“Formula 1” üzrə dünya çempionatında iştirak edən “Red Bull” komandasının texniki dəstək briqadası çəkisizlik şəraitində pit-stop həyata keçirib.
 
Onlar bunu İl-76 təyyarəsinin göyərtəsində, yerdən 10 000 metr yüksəklikdə gerçəkləşdiriblər.
 
Qeyd edək ki, “Red Bull” komandasının üzvləri ötən həftə “Formula 1”də özlərinə məxsus pit-stop rekordunu yeniləyiblər. İşçi heyəti Braziliya Qran-prisində qalib gələn Maks Ferstappenin bolidini 1,82 saniyəyə yola salıb.

CANLI YAYIM