Azərbaycan millisinin basketbolçusu Almaniya klubuna keçib

21 Noyabr, 11:18 Sosial mediada paylaşın:
Azərbaycan millisinin basketbolçusu Cordan Devis klubunu dəyişib.
 
22 yaşlı idmançı İspaniya "Baksi Manreza"sından Almaniyanın "Rasta Vexta" komandasına keçib. Onunla mövsümün sonunadək müqavilə bağlanılıb.
 
Devis Çempionlar Liqasında "Manreza"nın heyətində 5 oyuna orta hesabla 8,6 xal, 4,4 rebraun və 2,2 assist müəllifi olub. Azərbaycan pasportuna malik basketbolçu İspaniya Basketbol Liqasında meydana müntəzəm çıxa bilməyib. Bu, əcnəbilərə qoyulan limitlə əlaqədar olub. 

CANLI YAYIM