"İnter" Jirunu "Çelsi"dən alır

18 Noyabr, 15:30 Sosial mediada paylaşın:
“Çelsi”nin futbolçusu Olivye Jiru karyerasını İtaliyada davam etdirə bilər.
 
“La Gazetta dello Sport” xəbər verir ki, fransız hücumçu “İnter”ə keçəcək.
 
“İnter”in idman direktoru Pyero Auisilonun Londonda “Çelsi”nin direktoru Marina Qranovski ilə görüşdüyü və Jirunun keçidində razılıq əldə etdiyi bildirilir. “İnter”in yanvarda 5-7 milyon avro qarşılığında 33 yaşlı hücumçunu transfer edəcəyi gözlənilir.
 
Qeyd edək ki, Jirunun “Çelsi” ilə müqaviləsi mövsümün sonuna qədərdir.

CANLI YAYIM