Azərbaycan atletləri beynəlxalq turnirdəki çıxışlarına yekun vurublar

18 Noyabr, 10:28 Sosial mediada paylaşın:
Noyabrın 14-17-də Türkiyənin Qaziantep şəhərində keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatmaq üzrədir.
 
2020-ci il Tokio Olimpiya Oyunların gümüş səviyyəli lisenziya xarakterli olan yarışda 20-dən çox ölkədən 80-ə yaxın atlet çıxış edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) körpücük üzərinə çıxıblar.
 
Dünən millimizin üzvlərindən Füqan Əliyev mübarizəyə qoşulub. O, kişilərdə 81 kq çəki dərəcəsində yarışıb. Gənc atletimiz toplam 291 kq (131+160) nəticə ilə bu çəkidə 5-ci yeri tutub.

CANLI YAYIM