Ronaldo cəzalandırıla bilər

12 Noyabr, 18:52 Sosial mediada paylaşın:
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo iki illik cəzalandırıla bilər.
 
Bu barədə İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano məlumat verib. O deyib ki, portuqaliyalı hücumçu A seriyasının 12-ci turunda "Milan"la matçda əvəzləndikdən sonra birbaşa stadionu tərk etdiyi üçün bu cəzaya məruz qala bilər:
 
 "Ronaldo oyun bitmədən stadiondan ayrıldı. Bu isə qadağandır. Çünki matçlardan sonra dopinq-testlər olur. Dopinq-testdən keçməməyin cəzası ilə 2 illik diskvalifikasiyadır. Yadımdadır ki, mən də "Latsio" ilə oyunda əvəzlənməyimə əsəbiləşmişdim və matçın sonunu gözləmədən evimə gedirdim. O zaman Kapello məni stadiona qaytardı. Çünki ağır cəzalandırıla bilərdim".