"Arsenal"dan Emeri açıqlaması

12 Noyabr, 11:45 Sosial mediada paylaşın:
"Arsenal"ın idman direktoru Raul Sanllehi yolları ayıracaqları iddia edildikləri baş məşqçi Unai Emeri haqda danışıb.
 
O, komandanın uğursuz çıxışına baxmayaraq, ispan mütəxəssisə inandıqlarını deyib:
 
"Biz də hər kəs kimi bu mövsümkü nəticələrdən və komandanın çıxışından məmnun deyilik. Emerinin, oyunçuların istədiyimiz səviyyədə olmaması, azarkeşlərimiz kimi bizi də məyus edir. Hədəflərimizi gerçəkləşdirmək üçün bəzi şeylərin düzəlməsi lazımdır. Biz bunu bacaracaq şəxsin Emeri olduğuna inanırıq. Hamımız işləri qaydaya salmaq üçün çalışdrıq. İstədiyimizə nail olacağımıza inanırıq".

CANLI YAYIM