İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşib

12 Noyabr, 09:52 Sosial mediada paylaşın:
Şahmat üzrə 2020-ci il İddiaçılar Turniri Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.
 
Bununla bağlı Moskvada Beynəlxalq Şahmat Federasiyası (FIDE), Rusiya Şahmat Federasiyası və Sverlovsk Şahmat Federasiyası arasında saziş imzalanıb.
 
Yarış 15 mart – 5 apreldə baş tutacaq.
 
Qeyd edək ki, İddiaçılar Turnirinə 8 şahmatçı qatılacaq. Azərbaycan qrossmeysteri Teymur Rəcəbov, eləcə də amerikalı Fabiano Karuana, çinlilər - Van Xao və Dinq Liren yarışa vəsiqə qazanıblar. Turnirin qalibi Şahmat Tacı uğrunda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

CANLI YAYIM