Moldova Paralimpiya Komitəsinin prezidenti "Yenilməzlər" Beynəlxalq Qala Təqdimatına gəlib

12 Noyabr, 09:41 Sosial mediada paylaşın:
Moldova Paralimpiya Komitəsinin prezidenti, paralimpiya çempionu Oleq Kretsul Bakıya gəlib. 
 
Məşhur idmançı Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək "Yenilməzlər" adlı Beynəlxalq Qala Təqdimatda iştirak etmək üçün paytaxta dəvət olunub. 
 
"Yenilməzlər" Beynəlxalq Qala Təqdimatında Oleq Kretsulun da çıxışı olacaq.
 
Qeyd edək ki, O.Kretsul peşəkar idman sahəsində tanınmış, böyük nüfuza malik paralimpiyaçı cüdoçulardan biridir. O, 21 fevral 1975-ci ildə Kişinyovda anadan olub.10 yaşında ikən cüdo ilə məşgul olmağa başlayıb. Gəncliyində beynəlxalq və ümumittifaq cüdo və sambo turnirlərinin dəfələrlə qalibi olub. 16 yaşında yeniyetmələr arasında SSRİ çempionatında birinci yeri qazanıb, 21 yaşında isə cüdo üzrə beynəlxalq dərəcəli idman ustasının tələblərini yerinə yetirib.1996-cı il Atlanta Olimpiya Oyunlarının iştirakçısıdır.
 
1997-ci ildə keçirdiyi avtomobil qəzasında həyat yoldaşı vəfat edib, özü isə aldıgı zədələr nəticəsində görmə qabiliyyətini tamamilə itirib. Bir müddət sonra yenidən cüdoya qayıdıb, amma bu dəfə paralimpiyaçı kimi. Paralimpiya hərəkatına qoşulduqdan sonra O.Kretsulun mükafat və titullarının siyahısı sürətlə böyüməyə başlayır. O, 2008 Pekin Yay Paralimpiya Oyunlarının qalibi, dördqat dünya və üçqat Avropa çempionu, əməkdar idman ustasıdır.
 
2006-cı ildə “Vətənə xidmətə görə” II dərəcəli ordenlə, 2009-cu ildə isə “Dostluq Ordeni” ilə təltif olunub.

CANLI YAYIM