Bundesliqada futbolçu baş məşqçini itələyərək yerə yıxıb

11 Noyabr, 15:07 Sosial mediada paylaşın:
Almaniya Bundesliqasının XI turunda “Frayburq”un evdə “Ayntraxt”ı 1:0 hesabı ilə məğlub etdiyi oyunda insident baş verib.
 
90+5-ci dəqiqədə qonaqların futbolçusu David Abraham meydan sahiblərinin baş məşqçisi Kristian Ştrayxı itələyərək yerə yıxıb. Bundan sonra hər iki komandanın oyunçuları arasında qarşıdurma olub.
 
Hakimlərin müdaxiləsindən sonra kütləvi davanın qarşısı alınıb. Referi Abrahama qırmızı vərəqə verib.

CANLI YAYIM