Luis Enrikeylə danışıqlar başladı

11 Noyabr, 13:40 Sosial mediada paylaşın:
Premyer Liqanın 12-ci turunda “Lester”ə uduzan (0:2) və bu mövsüm uğursuz çıxışını davam etdirən “Arsenal” yeni baş məşqçi axtarışlarını davam etdirir.
 
London klubu fransalı Arsen Vengerlə yanaşı İspaniya millisi və “Barselona”nın sabiq baş məşqçisi Luis Enrikeylə də danışıqlar aparır.
 
Qeyd edək ki, 9 yaşlı qızının vəfatı səbəbi ilə Enrike bu ilin martından heç bir yerdə çalışmır.
 
Əlavə edək ki, hazırda İngiltərə liqasında 6-cı yeri tutan “Arsenal”ın yaxın vaxtlarda hazırkı baş məşqçisi Unai Emeri ilə yolları ayıracağı iddia edilir.

CANLI YAYIM