Messi het-triklərin sayna görə Ronaldonun La Liqadakı rekordunu təkrarlayıb

11 Noyabr, 11:33 Sosial mediada paylaşın:
Katalon "Barselona"sının kapitanı Lionel Messi "Real"ın keçmiş hücumçusu Kriştianu Ronaldonun rekordunu təkrarlayıb.    
 
Bu barədə Opta idman saytı xəbər verir.    
 
Bildirilir ki, İspaniya çempionatının 13-cü turunun"Selta" ilə matçında argentinalı futbolçu yarış cədvəlində özünün 34-cü het-trikini rəsmiləşdirib. O, əvvəlcə penaltini dəqiq yerinə yetirib, sonra isə "keltlər"in qapısına cərimə zərbələrindən iki dəfə qol vurub.    
 
Bu matça qədər La Liqada rekord həddə het-triklər Kriştian Ronaldoya aid olub. O, 2018-ci ilə qədər "Real"ın heyətində çıxış edib. Lakin portuqaliyalı Messi ilə müqayisədə az oyun keçirib. Belə ki, Kriştian Ronaldo 292 matçda iştirak edib. Argentinalı hücumçu isə kataloniyalıların heyətində 459 dəfə meydana çıxıb.     
 
Argentina millisinin futbolçusu klub karyerasında qol sayına görə də Kriştianu Ronaldonu keçib. 32 yaşlı hücumçu buna kapitanı olduğu İspaniya “Barselona”sının La Liqanın XI turunda evdə “Valyadolid”i 5:1 hesabı ilə məğlub etdiyi matçda nail olub.

CANLI YAYIM