"Yuventus" "Milan"ı məğlub etdi

11 Noyabr, 11:22 Sosial mediada paylaşın:
"Yuventus" İtaliya A Seriyasında növbəti qələbəsini qazanıb.
 
Turin klubu 12-ci turda evdə "Milan"a qalib gəlib. Meydan sahiblərinin qələbə qolunu 77-ci dəqiqədə Paulo Dibala vurub.
 
"Yuventus" - "Milan" - 1:0
Qol: Dibala, 77
 
Bu qələbə ilə xalını 32-ə yüksəldən Maurisio Sarrinin komandası turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "İnter" 31 xalla 2-ci, "Latsio" 24 xalla 3-cüdür.

CANLI YAYIM