"Bavariya" Joze Mourinyo ilə danışıqlar aparır

9 Noyabr, 16:12 Sosial mediada paylaşın:
Almaniyanın "Bavariya" klubu tanınmış məşqçi Joze Mourinyo ilə danışıqlar aparır.
 
56 yaşlı mütəxəssis Münhen təmsilçisi ilə 2022-ci ilə qədər müqavilə bağlamaq niyyətindədir. Almaniya klubunun rəhbərliyi ilkin mərhələdən sonra düşünmək üçün danışıqlara fasilə verib.
 
Mourinyo ilə bağlı qərar milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı və ya ondan sonra veriləcək.
 
Qeyd edək ki, “Bavariya” noyabrın 4-də Niko Kovaçı uğursuz nəticələrə görə istefaya göndərib. Münhen təmsilçisi Bundesliqada geridə qalan 10 turdan sonra 18 xalla 4-cü pillədə qərarlaşıb.

CANLI YAYIM