"Sevilya"nın hücumçusu Avropa Liqasında həftənin oyunçusu seçilib

9 Noyabr, 11:26 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib. 
 
Bu ada "Qarabağ"la eyni qrupda yer alan İspaniya "Sevilya"sının futbolçusu Munir Əl-Haddadi layiq görülüb. Mərakeş əsilli ispaniyalı hücumçu IV turda Lüksemburqda "Düdelanj"ı məğlub etdikləri matçda het-trik edib.
 
24 yaşlı forvard azarkeşlər arasında aparılan səsvermədə ingiltərəli Markus Raşford (“Mançester Yunayted”, İngiltərə), fransalı Entso Krivelli (“Başakşehir”, Türkiyə) və ispaniyalı Esteban Qraneronu (“Espanyol”, İspaniya) qabaqlayıb.
 
Qeyd edək ki, "Düdelanj"la oyunda "Sevilya" 5:2 hesabı ilə qalib gəlib və 1/16 final mərhələsinə vəsiqəni təmin edib. A qrupunun digər matçında "Qarabağ" Kiprdə APOEL-ə uduzub.