Şenol Günəş məşqçi karyerasını bitirəcəyi vaxtı açıqladı

8 Noyabr, 16:23 Sosial mediada paylaşın:
Türkiyə millisinin çalışdırıcısı Şenol Günəş məşqçi karyerasını bitirəcəyi vaxtı açıqlayıb.
 
67 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında DÇ-2022-dən sonra məşqçi karyerasını bitirəcəyini deyib:
 
"2002-ci ildəki dünya çempionatına 48 ildən sonra vəsiqə qazanmışdıq. İnanıram ki, 2022-ci ildəki mundiala qatıla biləcəyik. Bu turnir mənim üçün son olacaq. Mətbuatdakı jurnalist dostlara manşet xəbəri olsun".
 
 Xatırladaq ki, Türkiyə millisi Şenol Günəşin rəhbərliyi altında DÇ-2002-də 3-cü yeri tutmuşdu. 2022-ci ildəki mundial isə Qətərdə keçiriləcək.

CANLI YAYIM