Avropa çempionatının topu təqdim olundu

8 Noyabr, 14:32 Sosial mediada paylaşın:
AÇ-2020 rəsmi topunun təqdimat mərasimi keçirilib.
 
Qitə birinciliyində istifadə olunacaq top “Uniforia” adlanır. “Adidas”ın hazırladığı idman ləvazimatının əsas rəngi ağdır. Amma topun üzərində müxtəlif rəngli çalarlar var.
 
AÇ-2020-nin matçları 12 şəhərdə, o cümlədən Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu qrup mərhələsinin üç, 1/4 finalın 1 matçına ev sahibliyi edəcək.

CANLI YAYIM