Futzal üzrə Azərbaycan millisinin DÇ-2020-nin elit-raundunda rəqibləri bəlli olub

8 Noyabr, 11:17 Sosial mediada paylaşın:
Futzal üzrə DÇ-2020-nin elit-raundunun püşkü atılıb.
 
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
 
Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Rusiya, Slovakiya və Xorvatiya yığmaları ilə birgə C qrupuna düşüb.
 
A qrupu: Portuqaliya, İtaliya, Belarus, Finlandiya
 
B qrupu: İspaniya, Serbiya, Ukrayna, Fransa
 
C qrupu: Rusiya, Azərbaycan, Slovakiya, Xorvatiya
 
D qrupu: Qazaxıstan, Sloveniya, Rumıniya, Çexiya

CANLI YAYIM