"Barselona"da ciddi itki

7 Noyabr, 15:28 Sosial mediada paylaşın:
"Barselona" ciddi itki ilə üzləşib.
 
Çempionlar Liqasının 4-cü turunda ötən gecə "Slavia" ilə oyunda (0:0) zədələnərək əvəzlənən Jordi Alba 1 aya yaxın meydana çıxa bilməyəcək.
 
Bu gün tibbi müayinədən keçən ispaniyalı müdafiəçinin topuğunda problem aşkarlanıb.
 
Qeyd edək ki, 30 yaşlı futbolçu bu mövsüm La Liqada 6 oyuna 1 qol vurub.