Ayağı qırılan Andre Qomeş əməliyyat edildi

5 Noyabr, 16:06 Sosial mediada paylaşın:
İngiltərə Premyer Liqasının 11-ci turunda "Tottenhem"lə matçda ayağı qırılan "Everton"un futbolçusu Andre Qomeş əməliyyat edilib.
 
Klub saytı portuqaliyalı futbolçunun bərpa olacağı tarixi açıqlamayıb. 26 yaşlı futbolçu bir müddət xəstəxanada qalacaq.
 
Andre Qomeş matçın 78-ci dəqiqəsində Son Hın-Minlə mübarizə zamanı ayağını qırıb.