Ümumdünya Şahmat Olimpiadasının yeri dəyişdirilib

5 Noyabr, 11:17 Sosial mediada paylaşın:
2020-ci il Ümumdünya Şahmat Olimpiadasının yeri dəyişdirilib.  
 
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytı xəbər verir ki, bu barədə qurumun rəhbəri Arkadi Dvorkoviç bildirib.   
 
Onun sözlərinə görə, Olimpiada gələn ilin 1 - 15 avqustunda Rusiyanın Xantı-Mansiysk şəhərində deyil, paytaxt Moskvada keçiriləcək.   Bununla belə, tarixdə ilk dəfə təşkil olunacaq Ümumdünya Şahmat Paralimpiadası Xantı-Mansiyskdə baş tutacaq.  
 
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq, hər iki ildə bir dəfə təşkil olunur. Azərbaycan 2016-cı il Olimpiadasına ev sahibliyi edib.

CANLI YAYIM