Lüis Hemilton "Formula 1" üzrə 6 qat dünya çempionu olub

4 Noyabr, 10:32 Sosial mediada paylaşın:
"Mercedes" pilotu Lüis Hemilton 6-cı dəfə "Formula 1" üzrə dünya çempionu adını qazanıb.
 
Britaniyalı sürücü buna vaxtından əvvəl nail olub.
 
ABŞ Qran-prisində 2-ci yeri tutan 34 yaşlı idmançı sona iki Qran-pri qalmış çempionluğunu təmin edib. ABŞ Qran-prisində finişə "Mercedes"in digər pilotu Valtteri Bottas çatıb. Üçüncü yeri isə "Red Bull"dan Maks Ferstappen tutub.

CANLI YAYIM