Azərbaycanın sərbəst güləş yığması dünya çempionatında 3-cü yeri tutub

31 Oktyabr, 10:25 Sosial mediada paylaşın:
Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında sərbəst güləş üzrə mübarizə başa çatıb.
 
Mundiala 8 idmançıyla yollanan yığmamızın 5 üzvü fəxri kürsüyə qalxıb. 
 
Turan Bayramov (65 kq) qızıl, Abubakr Abakarov (79 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) gümüş, Əfqan Xaşalovla (57 kq) Davud İbrahimov (70 kq) isə bürünc medal qazanıb.
 
Ümumilikdə komandamızın topladığı xal 111-ə bərabər olub. Bu nəticəylə millimiz dünya üçüncüsü olub. Rusiya (145) birinci, İran (139) isə ikinci yeri tutub.
 
Qeyd edək ki, 1 qızıl, 2 gümüş və 2 bürünc medal 2017-ci ildən keçirilən analoji yarışlarda Azərbaycanın sərbəst güləş yığmasının ən yaxşı nəticəsidir.
 

CANLI YAYIM