Akrobatlarımız Avropa Yaş Qrupu Yarışlarında iştirak edib

29 Oktyabr, 10:53 Sosial mediada paylaşın:
24-27 oktyabr tarixlərində İsrailin Holon şəhərində akrobatika gimnastikası üzrə 10-cu Avropa Yaş Qrupu Yarışları keçirilib.
 
Ölkəmizi 12-18 yaş qrupunda Leyla Bəşirli, Mənsumə Məmmədzadə və Nəzrin Fərmanovadan ibarət qadın qrupu, Nizam Xamidulin və Mehriban Salamovadan ibarət qarışıq cütlük, 11-16 yaş qrupunda isə Rauf Cabbarov və Samirə Rüstəmovadan ibarət qarışıq cütlük təmsil edib.
 
Hər üç proqram üzrə çıxış edən gimnastlarımız finala vəsiqə qazanmağı bacarıblar. Final mərhələsində Nizam və Mehriban cütlüyü 7-ci, Rauf və Samirə 8-ci, qadın qrupumuz isə 10-cu yerdə qərarlaşıb.