Aerobika təmsilçiləri Bolqarıstanda bürünc medal qazanıb

28 Oktyabr, 16:28 Sosial mediada paylaşın:
Ötən həftəsonu Bolqarıstanın Plovdiv şəhərində aerobika gimnastikası üzrə “Plovdiv Cup” adlı beynəlxalq turnir təşkil edilib.
 
Yarışda “Ocaq Sport” İdman Klubunun gimnastları Aydan Şirinli, Dilarə Qurbanova, Nəzifə Tağıyeva, Melisa Kaysı və Evelina Əlimuradova 9-11 yaşlı gimnastlar arasında yarışıblar.
 
Qrup proqramı üzrə çıxışları gimnastlara bürünc medal qazandırıb.