Zlatan İbrahimoviç: “MLS-dən getsəm, kimsə bu çempionatla maraqlanmaz”

7 Noyabr, 19:49 Sosial mediada paylaşın:
İlin sonunda “Los-Anceles Qalaksi” ilə müqaviləsi başa çatacaq Zlatan İbrahimoviç gələcək karyerasından danışıb.  
 
İsveçli forvard MLS-də qalacağı halda, dünyanın bu çempionatı izləməyə davam edəcəyini deyib:  
 
“MLS-də qalsam, liqa üçün müsbət hal olar. Çünki bütün dünya bu yarışı izləməyə davam edəcək. Əgər Zlatan getsə, kimsə bu çempionatla maraqlanmayacaq”.  
 
38 yaşlı forvard bu mövsüm 29 oyuna 30 qol vurub.

CANLI YAYIM