Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb

25 Oktyabr, 10:47 Sosial mediada paylaşın:
Azərbaycanın şahmat üzrə kişi və qadınlardan ibarət milli komandaları Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında ilk görüşlərini keçirir.  
 
Kişilərdən ibarət yığma birinci turda Serbiyanı məğlub edib. Rauf Məmmədov və Qədir Hüseynov qələbə qazanıb, Şəhriyar Məmmədyarov isə heç-heçə edib. Arkadi Naydiçin görüşü davam etsə, Azərbaycan komandası artıq qələbəni təmin edib.    
 
Qadınlardan ibarət yığma isə hazırda Latviya ilə üz-üzə gəlir və bütün qarşılaşmalar davam edir.    Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan milli komandası 3 dəfə Avropa çempionu olub. İsveçrə sistemi üzrə keçiriləcək turnir 9 turdan ibarət olacaq.  
 
Kişilər   Serbiya - Azərbaycan - 0,5:2,5   Alensandr İndiç - Şəhriyar Məmmədyarov - 0,5:0,5   Nikola Sedlak - Arkadi Naydiç    Milan Zaiç - Rauf Məmmədov - 0:1   Velimir İliç - Qədir Hüseynov - 0:1   Qadınlar   Latviya - Azərbaycan    Dana Reiznetse-Ozola - Günay Məmmədzadə   Laura Roqule - Xanım Balacayeva    İlze Berzina - Ülviyyə Fətəliyeva   Elizabet Limanovska - Gülnar Məmmədova

CANLI YAYIM