"Sabah" Ukrayna klubu ilə "sülh bağladı"

21 Yanvar, 11:50 Sosial mediada paylaşın:
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah" komandası da növbəti yoxlama oyununa çıxıb.
Rəqib Ukraynanın "Zarya" klubu olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol ikinci hissənin sonlarında vurulub. Baş hakimin şübhəli penalti qərarı nəticəsində geri düşməsinə baxmayaraq, "Sabah" 83-cü dəqiqədə Kamran Quliyevin qolu ilə bərabərliyi təmin edib. Qeyd edək ki, "Sabah" ilk yoxlama matçında da Macarıstanın "Pakş" klubu ilə 1:1 hesablı heç-heçə edib.

CANLI YAYIM