Dortmund "Borussiya"sı Almaniya Kubokunda mübarizəni dayandırdı

19 Yanvar, 15:40 Sosial mediada paylaşın:
Almaniya kubokunda 1/8 finalın növbəti görüşü keçirilib.
İkinci liqa təmsilçisi “Sankt Pauli” doğma meydanda “Borrusiya  Dortmund”la qarşılaşıb. Oyunda hesab erkən açılıb. Meydan sahiblərinin heyətində Etan Amenido diqqət mərkəzinə düşüb. Hissənin sonlarında fərq artıb. Aksel Vitsel avtoqol müəllifi olub. İkinci yarıda qonaqlar təşəbbüsə yiyələniblər. Erlinq Holand 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Bu qol matçda sonuncu olub - “Sankt Pauli” - “Borrusiya Dortmund” 2:1.
Bununla da Almaniya kubokunun 5 qat qalibi  gözlənilmədən mübarizəni dayandırıb.

CANLI YAYIM