"Yuventus" İtaliya Kubokunda 1/4 finala yüksəlib

19 Yanvar, 14:35 Sosial mediada paylaşın:
İtaliya kubokunda 1/8 finalın daha bir matçı keçirilib.
“Yuventus” “Sampdoria”nı qəbul edib. Qarşılaşmaya Turin təmsilçisi fəal başlayıb. 25-ci dəqiqədə Xuan Kuadrado diqqət mərkəzinə düşüb. İkinci yarıda da meydan sahibləri üstünlüyü qoruyublar. Daniyel Ruqani fərqi artırıb. 10 dəqiqə sonra Andrea Konti qonaqları ümidləndirib. Buna baxmayaraq Paulu Dibala və Alvaro Moratanın qolları ilə meydan sahibləri yenidən üstünlüyü artırıblar. Qarşılaşma elə bu hesabla başa çatıb -  “Yuventus” - “Sampdoria” 4:1.
 Turinlilərin növbəti mərhələdəki rəqibi “Sassuolo” – “Kalyari” cütünün qalibi olacaq.

CANLI YAYIM